Suriyanın yeni konstitusiyası müzakirəyə çıxarılır

Suriyanın yeni konstitusiyası müzakirəyə çıxarılır
  30 İyul 2018    Oxunub:3139
Suriya üzrə Astana formatı çərçivəsində bu gün Soçidə keçiriləcək görüşlərdə Konstitusiya Komissiyasının yaradılması məsələsi müzakirə olunacaq.
AzVision.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin müavini Ramzi Ramzi bildirib. Onun sözlərinə görə, Soçi görüşündə Suriya ilə bağlı bütün məsələlər, o cümlədən Suriyanın yeni konstitusiyasının hazırlanması ilə məşğul olacaq komissiyanın yaradılması müzakirəyə çıxarılacaq.

Həmçinin, Soçidə Suriyanın Konstitusiya Komissiyasının yaradılması barədə müzakirələr aparılacağını BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya yaxın mənbə də təsdiqləyib. Lakin bildirib ki, danışıqlar Astana formatından kənar aparılacaq.

Xatırladaq ki, bu gün Soçidə Suriya böhranın nizamlanması üzrə Astana formatı çərçivəsində danışıqların 10-cu raundu başlayır. Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, Türkiyə və İran nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri, həmçinin BMT nümayəndəsinin də iştirak edəcəyi danışıqlar iki gün davam edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Astana   Soçi   konstitusiya  





Xəbər lenti