Yaponiya Şimali Koreya və Çinə qarşı "müdafiəni" gücləndirir

Yaponiya Şimali Koreya və Çinə qarşı "müdafiəni" gücləndirir
  30 İyul 2018    Oxunub:3296
Yaponiya Şimali Koreyanın ballistik raket hücumundan qorumaq üçün ABŞ-ın nüfuzlu hərbi texnika və təyyarələr istehsal edən şirkəti “Lockheed Martin”dən yer tipli 2 ədəd "Aegis Ashore" raketdən müdafiə sisteminə yeni güclü radarlar alacaq.
AzVision.az “Reuters”ə istinadən bildirir ki, bu barədə Yaponiyanın müdafiə naziri İtsunori Onodera jurnalistlərə açıqlamasında deyib.

Qeyd edib ki, radarların hər birinin qiyməti 130 milyard yenə (1,17 milyard dollar) başa gələcək. Aegis Ashore hava hücumundan müdafiə sistemlərinin texniki təminatı, istismarı və digər əməliyyat xərclərilə yanaşı, 30 ildən çox müddətə 466 milyard yen (4 milyard 195 milyon dollar) sərf olunacaq. Yaponiyanın müdafiə potensialının gücləndirilməsi isə “Lockheed Martin” şirkətinə həvalə olunacaq.

Qeyd edək ki, Şimali Koreya nüvəsizləşmə barədə öhdəlik götürməsinə baxmayaraq, Tokio Pxenyan və Pekinin mümkün aqressiyasını əsas gətirərək ABŞ-la irimiqyaslı hərbi müqavilələr bağlayır. "Reuters"ə görə, Yaponiya Trampın ticarət müharibələrində imtiyaz qazanmağa və ticari itkiləri hərbi sazişlərlə kompensasiya etməyə çalışır. Son səfərində Tramp Yaponiyanın F-35 qırıcıları əldə etməsini tərifləmiş və Tokionu “müxtəlif təyinatlı milyardlarla dollar əlavə məhsullar almağa” çağırmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yaponiya   ABŞ   Çin   Koreya  





Xəbər lenti