Dubayda erməni kriminal avtoritet saxlanılıb

  30 İyul 2018    Oxunub : 2682
Dubayda erməni kriminal avtoritet saxlanılıb
Dubay hava limanında Ermənistandan olan kriminal avtoritet saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərinin İnterpol Milli Mərkəzi Bürosundan Ermənistandakı mərkəzə bu gün axtarışda olan 1971-ci il təvəllüdlü Aram Vardanyanın saxlanıldığı barədə məlumat daxil olub.

Hazırda Vardanyanın ekstradisiya prosesinin başladılması üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Aram Vardanyan kriminal aləmdə "Vstreçi aper" ləqəbi ilə tanınır.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   kriminal   Dubay