Nazir vətəndaşlarla görüşüb

Nazir vətəndaşlarla görüşüb
  18 Oktyabr 2013    Oxunub:876
Oktyabrın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbul zamanı Mingəçevir, Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Fizuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarının sakinlərinin, ümumilikdə 70 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti