İŞİD Tacikistanda turistlərə hücum edib

İŞİD Tacikistanda turistlərə hücum edib
  31 İyul 2018    Oxunub:3024
İŞİD terror təşkilatı Tacikistanda əcnəbi turistlərə hücuma görə məsuliyyəti üzərinə götürüb.
Hadisə Xatlon vilayətinin Danqarinsk rayonunda baş verib. Avtomobil velosipedlə hərəkət edən turistləri vurub. Nəticədə 3 turist hadisə yerində, daha bir nəfər isə xəstəxanada həlak olub, 3 nəfər isə xəsarət alıb. Ölənlərdən 2-i ABŞ , digərləri isə İsveçrə və Niderland vətəndaşlarıdılar.

AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti