Pentaqon 885 milyon dollara süni intellekt yaradır

Pentaqon 885 milyon dollara süni intellekt yaradır
  31 İyul 2018    Oxunub:3889
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya və Çinlə uğurlu rəqabət aparmaq üçün süni intellektin inkişafına 885 milyon dollar xərcləyəcək.

AzVision.az xəbər verir ki, bu barədə "Wall Street Journal" Amerikanın “Booz Allen Hamilton” konsaltinq şirkətinin nümayəndəsi Coş Sallivana istinadən məlumat verib.
Sallivan qeyd edib ki, Pentaqon süni intellekt elementlərinin hərbi məqsədlərlə istifadə edilməsini nəzərdə tutan 5 illik müqavilənin şərtlərini razılaşdırır. Bu müqavilənin məqsədi isə hərbi qulluqçular tərəfindən yerinə yetirilən gündəlik və vaxt aparan tapşırıqların süni intellektə ötürülməsidir ki, bununla da hərbçilərə nisbətən çətin problemlərin həllində daha çox vaxt qazandıracaq. Müqavilə həmçinin, Pentaqonda həyata keçirilən ekperimental proqramların genişləndirilməsinə kömək edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Pentaqon   Rusiya   Çin   süniintellekt  



Xəbər lenti