Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Rusiyaya qarşı sanksiyalar genişləndirildi
  31 İyul 2018    Oxunub:3209
Avropa İttifaqı (Aİ) Krımdan Rusiyaya körpü açılması səbəbindən rəsmi Moskvaya qarşı sanksiyaları genişləndirib.
AzVision.az bildirir ki, bu barədə Aİ-nın rəsmi jurnalında məlumat dərc olunub.

Qeyd edilir ki, Krımın körpü vasitəsilə Rusiyaya “birləşdirilməsi”nə görə sanksiyalar siyahısına daha 6 rus şirkətinin adı daxil edilib. Həmin şirkətlər “İnstitut Qiprostroymost”, “Mostotrest”, “VAD”, “Stroyqazmontaj”, “Stroyqazmontaj-Most” və “Zaliv” gəmiqayırma zavududur.

Xatırladaq ki, iyulun 5-də Avropa İttifaqı Şurası Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə qarşı sanksiyaların müddətini uzadıb.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropaİttifaqı   Krım   Rusiya   sanksiya  



Xəbər lenti