Tramp “Rusiya işi” üzrə dindirilməyə hazırdır

Tramp “Rusiya işi” üzrə dindirilməyə hazırdır
  31 İyul 2018    Oxunub:3477
ABŞ prezidentinin vəkili Rudolf Culiani bəyan edib ki, prezident Donald Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin suallarını cavablandırmağa hazırdır.

AzVision.az xəbər verir ki, bu barədə Culiani CNN telekanalına müsahibəsində deyib.
“Hesab edirəm ki, Tramp bunu etməməlidir, amma o, əmindir ki, hər bir şeyi düzgün edib və bunu izah etmək istəyir” – deyə vəkil Culiani bildirib.

Trampın vəkilləri Müllerin ofisinə ABŞ prezidentinin hansı şərtlər altında ifadə verə biləcəyilə bağlı təkliflərini təqdim ediblər.

“The New York Times” qəzeti isə məlumat verib ki, xüsusi prokuror Müller “Rusiya işi” üzrə araşdırmanı sentyabrın 1-dək yekunlaşdırmağı planlaşdırır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   seçkilər   Rusiya  





Xəbər lenti