Paşinyan Trampla görüşmək istəyir

Paşinyan Trampla görüşmək istəyir
  31 İyul 2018    Oxunub:3484
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampla görüşə bilər.

AzVision.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi brifinqdə Paşinyanın BMT Baş Assambleyasının sessiyasının açılışında iştirak edəcəyini deyib.
Onun sözlərinə görə, sessiyada iştirak üçün ABŞ-a səfəri çərçivəsində Paşinyan bir sıra görüşlər keçirəcək.

“Onların sırasında ABŞ prezidenti Donald Trampla da görüşün keçirilməsi mümkündür. Amma hələ yekun razılıq yoxdur”, – deyə Balayan bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ABŞ   BMT  





Xəbər lenti