Tonoyan Kasprşiklə Qarabağı müzakirə edib

Tonoyan Kasprşiklə Qarabağı müzakirə edib
  31 İyul 2018    Oxunub:3565
Ermənistanın müdafiə naziri David Tonoyan bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

AzVision.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Görüş zamanı Tonoyan Kasprşikə Dağlıq Qarabağ münaqişəsi zonasındakı ümumi vəziyyət və qoşunların təmas xəttindəki, o cümlədən Ermənistan-Azərbaycan sərhəddindəki şərait barədə məlumat verib.

Həmçinin, Minsk qrupunun həmsədrlərilə keçirilən son görüşdən sonra baş verənlər də müzakirə edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti