Avropalı siyasətçi: "Miqrantlar olmasa biz..."

Avropalı siyasətçi: "Miqrantlar olmasa biz..."
  31 İyul 2018    Oxunub:3899
Miqrantlar Avropa üçün olduqca vacibdir. Çünki əks təqdirdə region “qocalar qitəsinə” çevriləcək.
AzVision.az bildirir ki, bunu İspaniyanın xarici işlər naziri Jozef Borrel İordaniyalı həmkarı Ayman əs-Safadi ilə görüşünün yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında deyib.

“Əgər mütəmadi olaraq "qocalar qitəsinə" çevrilməyimizi istəmiriksə, onda bizə “yeni qanlar” gərəklidir. Və görünən odur ki, bu “yeni qan” bizim təbii doğum göstəricilərimizin hesabına əldə edilməyəcək”, - deyə ispaniyalı nazir etiraf edib.

O, həmçinin vurğulayıb ki, miqrantların Avropaya indiki axınını kütləvi adlandırmaq lazım deyil: “Biz “kütləvi” sözünü adiləşdiririk. Terminləri daha diqqətlə seçməliyik. Çünki ictimai rəy miqrasiyanın sistemsiz xarakterindən narahatdır. Lakin həqiqət ondadır ki, 600 nəfər hazırda İordaniyanın qəbul etdiyi 1,3 milyon suriyalı qaçqınla müqayisədə heç də “kütləvi” deyil.”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropa   İspaniya   İordaniya   miqrant  





Xəbər lenti