Baş katibdən Prezidentə təbrik

Baş katibdən Prezidentə təbrik
  18 Oktyabr 2013    Oxunub:969
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Səfir Şamil Ələsgərov İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:

Zati-aliləri,

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi olaraq, iki uğurlu prezidentlik müddətindən sonra Azərbaycan xalqının üçüncü dəfə Sizə yüksək etimad göstərərək yenidən Prezident seçməsi münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq və şərəf duyuram. Bu, Sizin liderliyinizin və demokratiyaya möhkəm bağlılığınızın bariz təsdiqidir.

Azərbaycan böyük gələcəyi, potensialı, strateji cəhətdən vacib, zəngin təbii sərvətləri və istedadlı xalqı olan ölkədir. Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur, regional səviyyədə tərəqqi və inkişaf amili hesab olunur. Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan regional və beynəlxalq işlərdə daha fəal və konstruktiv rol oynayacaqdır. Biz İqtisadi Əməkdaşlıq Təşkilatında Zati-alinizin dəstək və tövsiyələrinə həmişə ümid bəsləyirik.

Zati-aliləri, icazə verin, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayım.


Teqlər:





Xəbər lenti