150 İŞİD terrorçusu təslim oldu

150 İŞİD terrorçusu təslim oldu
  01 Avqust 2018    Oxunub:1971
İŞİD terror təşkilatının 150 döyüşçüsü Əfqanıstanın hökumət qüvvələrinə təslim olub.
AzVision.az xəbər verir ki, bu barədə “Khaamа Press” agentliyi əfqan hərbçilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Cauzcan əyalətində Əfqanıstan hökumətinə təslim olan 150 terrorçunun arasında İŞİD-in səhra komandiri Muləvi Rəhman da var. Onlar silah və sursatlarını hökumət qüvvələrinə təhvil veriblər.

Lakin “Khaamа Press” agentliyi bildirir ki, nə hökumət əleyhinə savaşan silahlı qruplaşmalar, nə də ki İŞİD tərəfdarları məsələ ilə bağlı açıqlama veriblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İŞİD   Əfqanıstan  





Xəbər lenti