Nazirliyə bu il 500-ə yaxın müraciət daxil olub

Nazirliyə bu il 500-ə yaxın müraciət daxil olub
  18 Oktyabr 2013    Oxunub:1284
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin sentyabr ayında 500-ə yaxın müraciət daxil olub.
Nazirıiyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 21700-dən çox müraciət daxil olub.
Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq olar. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.


Teqlər:  





Xəbər lenti