Gürcüstanda prezident seçkilərinin tarixi bəlli oldu

Gürcüstanda prezident seçkilərinin tarixi bəlli oldu
  01 Avqust 2018    Oxunub:3033
Gürcüstanda növbəti prezident seçkiləri 2018-ci ilin 28 oktyabrında keçiriləcək.
AzVision.az bildirir ki, bu barədə Gürcüstanın hazırkı prezidenti Georgi Marqvelaşvili bəyan edib. Onun sözlərinə görə, seçkilərin tarixinə dair yekun qərar baş nazir Mamuk Baxtadze ilə razılaşdırıldıqdan sonra verilib.

Gürcüstan konstitusiyasına uyğun olaraq, ölkədə prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddətinin başa çatdığı ilin oktyabrında keçirilir. Seçkilərin tarixini də səsverməyə 60 gün qalmışdan gec olmayaraq o təyin edir.

Qarşıdakı seçkilər Gürcüstan vətəndaşlarının ölkə prezidentini birbaşa səsvermə yolu ilə seçəcəkləri son seçkilər olacaq. Belə ki, 2010-cu ildə qəbul edilmiş konstitusiya dəyişikliyinə əsasən prezidentin səlahiyyətləri parlament və baş nazirin xeyirinə azaldılıb. 2024-cü ildən Gürcüstan parlament üsul-idarəçiliyinə keçəcək və dövlət başçısı 300 nümayəndədən ibarət seçki kollegiyası tərəfindən seçiləcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   seçki  





Xəbər lenti