Can verən tarixi abidə: Xanəgah məscidi (FOTOLAR)

Can verən tarixi abidə: Xanəgah məscidi (FOTOLAR)
  01 Avqust 2018    Oxunub:5421
Bir müddət bundan əvvəl jurnalist, 1905.az saytının redaktoru Fuad Babayev Quba rayonunun Xanəgah kəndindəki məscid binasının acınacaqlı durumunu əyani şəkildə göstərən fotoları sosial şəbəkədə paylaşmışdı.


Xanəgah kənd məktəbinin müəllimi Mənsur Məmmədovun dediyinə görə, bu məscid ötən əsrin əvvəllərində inşa edilib və bir müddət fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə dinlə mübarizə şəraitində məscidin binası onun yaxınlığındakı mağazanın anbarına çevrilib. İndi isə gördüyünüz bu vəziyyətə düşüb.



“Bir neçə il öncə, biz öz hesabımıza bu məscidin binasını təmir etdirmək, daha doğrusu, uçmasının qarşısını almaq istədik. Amma bildirdilər ki, bu, mədəniyyət abidəsidir, özbaşına heç bir iş görmək olmaz. Mədəniyyət abidəsi belə vəziyyətdə olmamalıdır. Heç olmasa, ətrafına hasar çəkilməli, onun bu vəziyyətə düşməsinin qarşısı alınmalı idi”,- deyə Mənsur Məmmədov bildirib.



O, həmçinin əlavə edib ki, vaxtilə Xanəgah kəndində üç məscid olub. Onlardan birinin ancaq xarabalıqları qalıb: “Tədbir görməsələr, bu məscidin də ancaq elə xarablıqlarını göstərib, vaxtilə burada məscid olduğunu deyəcəyik. Bütün kənd sakinləri adından xahiş edirik ki, məscidin bərpasına yardım göstərilsin”.









AzVision.az



Teqlər: Xanəgah  





Xəbər lenti