Livan Qarabağı andı, amma necə?
Çıxış edənlər erməniləri , erməniliyin gücləndirilməsinə, Ermənistanın inkişafı, Dağlıq Qarabağ Respublikasının tanınması uğrunda birləşməyə çağırıblar. 3-5 erməni ilə birgə müttəfiqlərinin Azərbaycanlılara qarşı törətdiklərini ermənilərin göstərdiyi “şücaət” kimi qələmə verənlər, əslində özləri gücsüz bir Heç olanlar, hələ də “Böyük Ermənistan xülyası ilə yaşayırlar. Belə ki, mərasimdə iştirak edənlərin hər-biri ayrı-ayrılıqda Artsax-Ermənistan-Diasporanın gücü ilə çiçəklənən bir dövlət quracaqlarından əmin olduqlarını bildiriblər. Hələ bir utanmadan “Qarabağ bizik” adlı film də nümayiş etdiriblər. Keşişyanın rəhbərliyi altında qəhrəmanlıq nəğmələri oxuyublar.
Tanınmamış Dağlıq Qarabağ Respublikasının vitse-prezidenti Artur Ağabəyyan isə Azərbaycanla müharibədə göstərdikləri “hünəri” iqtisadiyyat sahəsində də göstərməyə çağırıb. Amma nədənsə hələ bir hünər göstərə bilmirlər. Görəsən niyə? Bəlkə onların “hünərləri” elə Qarabağ uğrunda döyüşən ”qəhramanlar”ı ilə birgə qurban gedib? Bəs hanı görəsən 25 il əvvəl onlara kömək edən müttəfiqləri? Niyə çiçəkləndirmirlər Ermənistanı? Bəlkə indi də Livandan nəsə umurlar? Amma ermənilər təəssüf hissi ilə qeyd edirlər ki, çıxış edənlər arasında livanlılar olmayıb. Ermənilər özləri deyib, özləri eşidiblər. Elə AzVision.az-da haqqında danışdığı bu xəbəri Erməni mətbuatına istinadən verir. O ki, qaldı Livana, belə bir mərasimin Livanda keçirilməsinə nə ad verilə bilər, qoy bunu da mərasimdə iştirak edən Livanın keçmiş və hazırki parlamentariləri və Bürc Həmud meri düşünsün.
Səbinə Həsənova
AzVision.az