“Rusiya ilə münasibətlərimiz yaxşı deyil” - Erməni vitse-spiker

“Rusiya ilə münasibətlərimiz yaxşı deyil” - Erməni vitse-spiker
  02 Avqust 2018    Oxunub:2914
“Hazırda Rusiya-Ermənistan münasibətləri heç də yaxşı dövrünü yaşamır”.

AzVision.az “Aysor.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
“Bunun əyani sübutu: KTMT-nin baş katibi Yuriy Xaçaturov haqqında həbs qətimkan tədbirinin seçilməsi, Rusiyanın Ermənistandakı hərbi bazası ətrafında baş verənlər, baş nazirin “Rusiyanın müharibənin qarşısını almaq üçün Azərbaycana təzyiq mexanizmləri mövcuddur” deməsi və sonuncu Rusiya XİN rəhbəri Sergey Lavrovun dünənki bəyanatı. Lavrovun bəyanatı aydın şəkildə iki hökumət arasında anlaşılmazlığın olmasının göstəricisidir. Anti-Rusiya mövqeyi süni şəkildə yaradılır”.

O, qeyd edib ki, Rusiya XİN rəhbərinin çıxışı erməni-rus münasibətlərinin gələcək inkişafı baxımından narahatlıq doğurur: “Yeni hökumət Rusiya ilə münasibətlərə diqqət etməlidir. Üç prezidetin dövründə Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu qısa müddət ərzində baş verən ictimai hadisələr göstərir ki, Ermənistan və Rusiyanın saat əqrəbləri müxtəlif istiqamətlərdə hərəkət edir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti