Ermənistan sərhədində Türkiyə vətəndaşı tutuldu - FOTO

Ermənistan sərhədində Türkiyə vətəndaşı tutuldu - FOTO
  02 Avqust 2018    Oxunub:4381
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin əməkdaşları Türkiyə-Ermənistan sərhədini pozan şəxsi saxlayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya sərhədçiləri sərhəd dəstəsinin Gümrü məntəqəsindən Ermənistan ərazisinə qanunsuz keçməyə cəhd edən Türkiyə vətəndaşını ələ keçirib.
Adı açıqlanmayan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun olaraq Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib.





İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Türkiyə  



Xəbər lenti