Rusiya Ermənistana silah satışını dayandıra bilər

Rusiya Ermənistana silah satışını dayandıra bilər
  02 Avqust 2018    Oxunub:4155
Rəsmi Moskva və İrəvan münasibətlərindəki ixtilaf silah satışı ilə bağlı tərəflər arasındakı razılaşmalara mənfi təsir göstərə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

"Müdafiə sənayesi üzrə ixtisaslaşan hərbi müəssisələrin top-menecerləri qeyd ediblər ki, Rusiyanın Ermənistana 100 milyon dollar məbləğində göndərmək istədiyi ikinci silah paketi böyük sual altındadır", - deyə qəzet yazıb.

Məlumatda həmçinin qeyd olunub ki, hazırda silah tədarükü havadan asılı vəziyyətdə qalıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Silah   Ermənistan  



Xəbər lenti