Suriya hökuməti Hələbin bərpasına başladı

Suriya hökuməti Hələbin bərpasına başladı
  02 Avqust 2018    Oxunub:2898
Suriya hökuməti terrorçulardan azad edilən Hələb əyalətindəki yaşayış məntəqələrinin bərpası üzrə proqramın həyata keçirilməsinə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə əyalət qubernatorunun müavini Həmid Kyuyno mləumat verib. Onun sözlərinə görə, Hələbin bərpasına dair dövlət proqramı üç mərhələdən ibarətdir.

“Əvvəlcə biz müvafiq infrastrukturları hazırlamalıyıq. Çünki insanlar su və elektrik enerjisi olmadan yaşaya bilməzlər. İkinci mərhələdə ünvanlı sosial yardımla təminatdır – hərbi ailənin ehtiyacını aydınlaşdırırıq. Üçüncü mərhələ isə daimi sakinləri öz evlərinə qaytarmalı və onlara izah etməliyik ki, artıq burada təhlükəsiz şəraitdə yaşaya bilərlər”, - deyə Kyuyno bildirib.

Qeyd edək ki, Suriyanın ən böyük şəhərlərindən olan Hələbin əksər hissəsi 2012-ci ildə İŞİD terrorçuları tərəfindən işğal olunmuşdu. Rusiyanın havadan dəstəyilə Suriya ordusu 2016-cı ilin dekabrında Hələbi terrorçulardan təmizləyərək şəhərə tam nəzarəti bərpa edə bilib.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: Suriya   Hələb   Rusiya  





Xəbər lenti