BMT sülhməramlıları zorlamada ittiham olunurlar - VİDEO

BMT sülhməramlıları zorlamada ittiham olunurlar - VİDEO
  02 Avqust 2018    Oxunub:4303
BMT sülhməramlıları fəaliyyət göstərdikləri ərazilərdə sakinlərin təhlükəsziliyini qorumaq əvəzinə, mövcud şəraitdən istifadə edərək onlara intim təkliflər verib, hətta bəzi şəxsləri zorlayıblar.
AzVision.az xəbər verir ki, bu cür dəhşətli beynəlxalq skandal barədə Böyük Britaniyanın “Channel 4” telekanalı məlumat yayıb.

Telekanalda təcavüzkar sülhməramlılarla bağlı göstərilən xüsusi filmdə qeyd olunub ki, BMT-nin Afrikada fəaliyyət göstərən “mavi dəbilqəlilər”i uzun illər ərzində qadınlar və azyaşlı qız uşaqlarını təhqir ediblər. Əsgərlərin bu cinayəti barədə yalnız ötən il xəbər tutulub.

Britaniya telekanalının göstərdiyi filmdə cinayətin təfərrüatları onu törədənlər və qurbanlarının şəxsən öz dilindən açılır. BMT sülhməramlıları etiraf ediblər ki, insanların yoxsulluğu və köməksizliyindən istifadə edərək intim xidmət müqabilində onlara qəpiklər verirdilər. Hətta buna məcbur da ediblər.

Filmdə qeyd olunur ki, BMT-nin 1700 sülhməramlısı bu cür dəhşətli cinayətdə şübhəli bilinərək ittiham olunur. Lakin son 20 ildə onlardan yalnız 50-sinin işi məhkəməyədək gedib çıxa bilib. Digərləri üzrə hələ də araşdırma aparılır.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Afrika   BMT   sülhməramlı  





Xəbər lenti