Hindistanda ölüm hökmü bərpa edilib

Hindistanda ölüm hökmü bərpa edilib
  02 Avqust 2018    Oxunub:2953
Hindistan hökuməti dənizdə piratçılığa görə ömürlük həbs və ya ölüm hökmünü nəzərdə tutan qanun layihəsini təsdiq edib.
AzVision.az xəbər verir ki, bu barədə NDTV telekanalı Hindistan Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, qəbul olunan qanun piratçılıqla mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəlib. Hazırda bu cür cinayətlərə görə yalnız həbs cəzası nəzərdə tutulur. Hökumətdə isə bu cəzanı olduqca yumşaq hesab edirlər.

Xatırladaq ki, son zamanlar Hind okeanının Afrika sahillərində piratlar daha da fəallaşaraq, ticarət gəmilərinə hücumlar ediblər. Fevralda isə piratlar göyərtəsində 22 hindistanlı dənizçinin olduğu “Marine Express” tankerini ələ keçiriblər. Yalnız piratlarla danışıqlardan sonra gəmini və girovları azad etmək mümkün olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Hindistan   piratçılıq  





Xəbər lenti