Xaçaturovun Ermənistandan çıxmasına icazə verildi

Xaçaturovun Ermənistandan çıxmasına icazə verildi
  02 Avqust 2018    Oxunub:3228
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Ermənistan ərazisini maneəsiz tərk edə bilər.
AzVision.az xəbər verir ki, bunu “Aysor.am” saytına Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

Onun sözlərinə görə, Yuri Xaçaturova qarşı iş onun ölkədən çıxışına mane ola bilməz: “Bu barədə KTMT-nın baş katibi Yuri Xaçaturov artıq məlumatlandırılıb”.

Qeyd edək ki, Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova ittiham irəli sürülüb.

Xaçaturov başqa şəxslərlə əlbir olaraq Ermənistanın Konstitusiya quruluşunu devirməkdə ittiham edilib. İrəvanın birinci instansiya məhkəməsi onu girov müqabilində zaminə buraxıb.

İlkin Nəcəfzadə
AzVision.az
.



Teqlər: KTMT  





Xəbər lenti