Serj Sarkisyan istintaqda dindiriləcək

Serj Sarkisyan istintaqda dindiriləcək
  02 Avqust 2018    Oxunub:3134
Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar ölkədə konstitusiya quruluşunun devrilməsi üzrə açılan cinayət işi çərçivəsində sabiq prezident Serj Sarkisyan və keçmiş baş nazir Ovik Abramyan istintaqa cəlb edilərək dindirilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan jurnalistlərin Serj Sarkisyan və Abramyanın dindiriləcəyi ilə bağlı suallarını cavablandırarkən deyib.

“İfadə alınması üçün dindirilməyə kimi çağırılacağına dair müstəntiq qərar verir. Mən bir neçə dəfə bildirmişəm ki, əgər istənilən vəzifəli şəxs cinayət işi ilə bağlı hansısa qiymətli məlumat verə bilərsə, o dindiriləcək.” – deyə Xaçatryan vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   istintaq  





Xəbər lenti