Suriyanın cənub-şərqi terrorçulardan azad edildi

Suriyanın cənub-şərqi terrorçulardan azad edildi
  02 Avqust 2018    Oxunub:2748
Suriyanın cənub-şərq əyalətləri İŞİD və “Cəbhət əl-Nüsra” terror qruplaşmalarından tam azad edilib. Bununla da, Bəşər Əsəd hökuməti ölkə ərazisi üzərində nəzarət sahəsini bir qədər genişləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri baş qərargahının baş operativ idarəetmə rəisi, general-polkovnik Sergey Rudskoy məlumat verib.

“Əməliyyatların gedişində Rusiya hərbi-kosmik qüvvələrinin dəstəyilə Suriya silahlı qüvvələri İŞİD və “Cəbhət əl-Nüsra” silahlı qruplaşmalarını tamamilə məhv ediblər və Əs-Suveyda, Dera və Əl-Kuneytra əyalətlərinin ərazisi üzərində nəzarəti bərpa ediblər”, – deyə Rudskoy bildirib.

Rusiyalı generalın sözlərinə görə, avqustun 1-də Suriyanın hökumət qoşunları cənub-şərqdəki Əl-Kuneytra əyalətində İŞİD-ə məxsus sonuncu dayaq nöqtəsini dağıdıblar. Hazırda bu ərazilərdə rəsmi Dəməşq 146 yaşayış məntəqəsinə nəzarət edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   İŞİD   Rusiya  





Xəbər lenti