Lavrov Zəriflə Xəzərin statusunu müzakirə edib

Lavrov Zəriflə Xəzərin statusunu müzakirə edib
  02 Avqust 2018    Oxunub:2874
Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Sinqapurda görüşərək bir sıra məsələlər üzrə müzakirələr aparıblar.
AzVision.az İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, xüsusən də Tehranla Moskva arasındakı iqtisadi əməkdaşlıq, Suriya böhranı və İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planı ətrafındakı vəziyyət olub. Lavrov və Zərif həmçinin, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı da müzakirə ediblər.

Qeyd edək ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 2017-ci ilin dekabrındakı Moskva görüşündə Xəzər dənizinin hüquqi statusuna dair region ölkələri arasında açıq və mübahisəli qalan bütün məsələlərlə bağlı razılığa gəlinib və Konvensiyanın yekun mətni hazırlanıb. Avqustun 12-də Qazaxıstanın cənub-qərbindəki Aktau şəhərində keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında yekun Konvensiyanın imzalanacağı gözlənilir.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Rusiya   İran   Xəzər  





Xəbər lenti