CHP yeni liderini seçəcək - İmzalar açıqlandı

CHP yeni liderini seçəcək  - İmzalar açıqlandı
  02 Avqust 2018    Oxunub:4001
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) yeni lider seçmək tələbilə növbədənkənar qurultayın keçirilməsi üçün toplanan imzaların sayı açıqlanıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, CHP Partiya Məclisinin üzvü Gaye Usluər qurultayın keçirilməsi üçün 630 imza toplandığını bəyan edib.

“Partiya sədrimiz vaxt itirmədən növbədənkənar qurultayın çağırılması prosesinə başlamalıdır”, – deyə Usluər bildirib.

Qurultayın yaxın 45 gün ərzində təşkil ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   CHP  





Xəbər lenti