Rusiyadan ABŞ-a ultimatum: "Hərbi bazanı bağla!"

Rusiyadan ABŞ-a ultimatum: "Hərbi bazanı bağla!"
  02 Avqust 2018    Oxunub:4378
Rusiya ABŞ-ı beynəlxalq koalisiyanın Suriyanın Ət-Tanfə şəhəri yaxınlığındakı hərbi bazasını bağlamağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının operativ idarəetmə rəisi, general-polkovnik Sergey Rudskoy bəyan edib.

“Amerikalı tərəfdaşlarımız tərəfindən qısa müddətdə Rubkana (qaçqın düşərgəsi –red) humanitar yardım çatdırılması, oradakı qaçqınların daimi yaşayış yerlərinə aparılmasının təmin edilməsi və Ət-Tanfə hərbi bazasının ləğvinin vacib olduğunu hesab edirik”, – deyə Rudskoy bildirib.

Qeyd edək ki, Suriyadakı Ət-Tanfə hərbi bazası 2017-ci ildə ABŞ xüsusi xidmət orqanları tərəfindən yaradılıb. Baza Vaşinqtonun qərbdəki və Yaxın Şərq müttəfiqləri tərəfindən suriyalı “mötədil müxalifət” nümayəndələrinin hərbi hazırlığı və təlimlər üçün istifadə olunur. Bundan əvvəl Suriya xarici işlər naziri Valid Mualləm də ABŞ-dan Ət-Tanfə hərbi bazasından və bütün Suriya ərazisindən çıxmağı təlb etmişdi. Onun sözlərinə görə, yalnız bu halda rəsmi Dəməşq Suriyanın cənubunda təhlükəsizliyə dair sazişlər üzrə danışıqlar aparmağa hazırdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya   hərbibaza  





Xəbər lenti