Türkiyə ilə ABŞ barışır

Türkiyə ilə ABŞ barışır
  03 Avqust 2018    Oxunub:2888
Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşüb.
AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 40 dəqiqə davam edən görüşdə tərəflər Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan “F-35” döyüş təyyarələrinin Türkiyəyə ixrac olunmasını, amerikalı keşiş Endryu Bransonu müzakirə ediblər.

Çavuşoğlu və Pompeo Ankara ilə Vaşinqton arasında son sanksiyaların tətbiq edilməsindən sonra dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, son 15 gün ərzində Çavuşoğlu və Pompeo 4 dəfə telefonla danışıblar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti