Ermənistanın müdafiə naziri Moskvaya çağırıldı

  03 Avqust 2018    Oxunub : 2641
Ermənistanın müdafiə naziri Moskvaya çağırıldı
Ermənistan müdafiə naziri David Tonoyan gələn həftə Rusiyaya səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, İrəvanada səfərdə olan Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Tonoyanın Moskvaya dəvət olunduğunu açıqlayıb.
Əvvəlkindən fərqli olaraq, bu dəfəki səfərində Tonoyanın daha geniş tərkibli görüşlər keçirəcəyi gözlənilir. Danışıqların başlıca mövzusunun isə son günlər İrəvanla Moskva arasında gərginlik yaradan Gümrü hərbi bazasının fəaliyyəti və Ermənistan sərhədlərini rus əsgərlərinin qoruması məsələsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi olacağı ehtimal edilir.

Erməni KİV-lərində yer alan məlumatlara əsasən, Tonoyan Putinin mesajını Paşinyana çatdırmaq üçün Moskvaya çağırılır.

Qeyd edək ki, Moskvaya əvvəlki səfərində Tonoyanla Rusiya müdafiə naziri sergey Şoyqu arasında görüş keçirilməmişdi. Ermənistan müdafiə naziri sadəcə Rusiyanın silah istehsal edən şirkətlərinin rəhbələrilə danışılqar aparmışdı. Tonoyanın Şoyqu ilə ilk təması may ayında Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin müdafiə nazirləri Şurasının çərçivəsində olub.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   Rusiya