Moskvadan İrəvana növbəti xəbərdarlıq

Moskvadan İrəvana növbəti xəbərdarlıq
  03 Avqust 2018    Oxunub:4370
“Əgər İrəvan Rusiyanın maraqlarının xeyrinə seçim etməzsə, onda bu, Ermənistan üçün müxtəlif daxili və xarici nəticələrə gətirib çıxara bilər.”
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin “Exo Moskvı” radiosunun efirində bəyan edib. Rusiyalı rəsmi açıq şəkildə Ermənistana və baş nazir Nikol Paşinyana xəbərdarlıq edərək, növbəti addımı atmazadan əvvəl ciddi düşünməyi məsləhət görüb.

“Ermənistanda baş nazir Nikol Paşinyanın hansı seçimi edəcəyi barədə düşünməlidirlər. Çünki əgər bu seçim Rusiyanın hansısa narahatlığının təmin edilməsinin xeyrinə olmasa, onda Rusiya tərəfindən baş nazirin addımlarının tənqid edilməsi Ermənistanın həm xarici, həm də daxili siyasətində ən müxtəlif nəticələrə gətirib çıxara bilər”, – deyə Rusiyalı deputat bildirib.

Zatulinə görə, Ermənistan nəzərə almalıdır ki, bu gün onun təhlükəsizliyinin başlıca qarantı məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü, Rusiyadan verilən silahlar və ərazisində rus hərbi bazasının mövcudluğudur. Bu mənada rusiyalı deputatın fikrincə, əsas öhdəlik yükünü Rusiyanın daşıdığı KTMT-nin baş katibinin həbsi təşkilatın imicinə xələl gətirməyə bilməz. Və İrəvan belə addımlarını davam etdirərsə, bu, ikitərəfli münasibətlərdə yüksək səviyyədə etimadın itirilməsilə nəticələnəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   KTMT  





Xəbər lenti