61 nəfər "Taliban"dan xilas edilib

61 nəfər "Taliban"dan xilas edilib
  03 Avqust 2018    Oxunub:2947
Əfqanıstan milli ordusu xüsusi əməliyyat keçirərək Taliban silahlı qruplaşmasının nəzarət etdiyi Hilmənd əyalətindəki həbsxanada saxlanılan 61 nəfəri xilas edib.
AzVision.az xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı Hilmənddəki xüsusi ordu birliyinin komandiri Munib Əmiriyə istinadən məlumat yayıb.

Əmirinin sözlərinə görə, Əfqanıstan ordusunun xüsusi əməliyyatı bu gecə Kayaki rayonunda keçirilib və missiya uğurla başa çatdırılaraq terrorçuların həbs etdiyi insanlar azad edilib.

Xatırladaq ki, "Taliban" hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndahar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman Talibanın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə edir.

Silahlı qruplaşmaya çevrilən Taliban hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən Taliban hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti