Tramp yenə miqrantları təhqir etdi: "Onlar heyvandır"

Tramp yenə miqrantları təhqir etdi: "Onlar heyvandır"
  03 Avqust 2018    Oxunub:10457
ABŞ prezidenti Donald Tramp növbəti dəfə miqrantların ünvanına təhqiramiz ifadələr səsləndirib.

AzVision.az “REN TV”yə istinadən xəbər verir ki, “Vədlərimizi saxlayırıq” şüarı altında amerikalılar qarşısında çıxış edən Tramp ABŞ-a gələn miqrantları tənqid və təhqir edərək onları “heyvan” adlandırıb.
“Demokratlar sərhədləri açmaq istəyir. Amma mən istəmirəm ki, milyonlarla qanunsuz miqrantlar ölkəmizə gəlsinlər. Çünki onların arasından minlərlə miqrant cinayətkara çevrilirlər və insanları öldürürlər. Yadınızdadırmı, miqrantları heyvan adlandırdığım üçün məni ittiham etmişdilər? Nə etməli – onlar həqiqətən də heyvandırlar!” ,– deyə Tramp bildirib.

Tramp həmçinin, ABŞ-la Şimali Koreya rasında başladılan dialoqu qəbul etmək istəməyən jurnalistlər haqqında da kobud sözlər işlədib. Onların etirazına cavab olaraq vurğulayıb ki, bu gün Şimali Koreya lideri Kim Çen In Sinqapur görüşündən bəri artıq üçüncü dəfədir ki, Vaşinqtona məktub göndərib və bu, böyük diplomatik uğurdur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   miqrant   ŞimaliKoreya  





Xəbər lenti