Çin ABŞ-la danışıqlara hazırdır

Çin ABŞ-la danışıqlara hazırdır
  03 Avqust 2018    Oxunub:4166
Çin ABŞ-la ikitərfəli münasibətlərdəki mövcud problemləri qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan dialoq vasitəsilə həll etməyə hazırdır.
AzVision.az bildirir ki, Çin xarici işlər naziri Van Yi Sinqapurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası forumu çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşünün yekununu şərh edərkən belə deyib.

“Ümumilikdə, biz razılığa gəldik. Ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyətinə dair fikir mübadiləsi apardıq. Çin tərəfi öz mövqeyini təqim etdi. Biz, hər iki tərəfdə narahatlıq yaradan problemlərin bərabərlik və qarşılıqlı hörmət şərtləri altında keçiriləcək danışıqlar vasitəsilə həllinə hazırıq.” – deyə Çinin XİN rəhbəri bəyan edib.

Qeyd edək ki, Pekinlə Vaşinqton arasındakı münasibətlər ABŞ-ın Çin mallarına tətbiq etdiyi yüksək gömrük rüsumları səbəbindən gərginləşib. Pekin ABŞ-ın bu addımını tarixdəki ən irimiqyaslı ticarət müharibəsi adlandırıb. Vaşinqtonun Tavyana münasibətdə sərgilədiyi mövqe isə münasibətlərdəki gərginliyi daha da artırır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Çin   Tayvan  



Xəbər lenti