BQXK Qazaxda tutulan erməni kəşfiyyatçıya baş çəkib

BQXK Qazaxda tutulan erməni kəşfiyyatçıya baş çəkib
  03 Avqust 2018    Oxunub:5051
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda əsir olan Ermənistan vətəndaşı Karen Kazaryana baş çəkiblər.
AzVision.az bildirir ki, bu barədə BQXK-nın İrəvan ofisinin mətbuat katibi Qoar Ter-Akopyan məlumat verib.

“BQXK-nın nümayəndələri iyul və avqustda Azərbaycanda əsir olan erməni vətəndaşlarını, o cümlədən, bu yaxınlarda həbs olunan Karen Kazaryana baş çəkiblər. Mandatlarına uyğun olaraq, BQXK-nın nümayəndələrinin missiyası əsirlərlə davranış və onların saxlanma şəraiti ilə tanış olmaq, həmçinin qohumları ilə əlaqə saxlanılmasına kömək etməkdir”, – deyə Ter-Akopyan bildirib.



Qeyd edək ki, hazırda Azərbaycanda əsir götürülən 3 Ermənistan vətəndaşı var - Arsen Baqdasaryan, Zaver Karapetyan və Karen Kazaryan. Onların hər biri Ermənistan Silahlı Qüvələrinin kəşfiyyat-diversiya məqsədilə qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən ələ keçirilən zabitləridir. Arsen Baqdasaryana təmas xəttində törətdiyi cinayət əməlinə görə məhkəmənin 2015-ci ildə çıxardğı qərarla 15 il həbs cəzası verilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti