Məsciddə terror: 25 ölü, 33 yaralı var
Qeyd edək ki, 2 nəfər terrorçu-kamikadze Əfqanıstanın Paktiya əyalətindəki Hardez şəhərində yerləşən məscidə girərək özlərini partladıblar. Terakt zamanı məscidin binasında ibadət edən azı 600 insanın olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, partlayış nəticəsində ölənlərin sayı göstərilən rəqəmlərdən daha çoxdur.
Məscidə edilən hücuma görə hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Əfqanıstan terror







Vaxtında, Aydın, Lazımlı!


