Rusiyada vertolyot qəzası: 18 nəfər ölüb

Rusiyada vertolyot qəzası: 18 nəfər ölüb
  04 Avqust 2018    Oxunub:4849
Rusiyanın Krasnoyarsk vilayətində "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.
AzVision.az "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, qəza İqarka şəhərindən 2 km aralıda baş verib. Qəza zamanı 18 nəfər ölüb. Onlardan 3-ü heyət üzvü olub. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub.

Artıq qəzaya uğramış "Mi-8" tipli sərnişin vertolyotunun hər iki "qara qutu"su xilasedicilər tərəfindən tapılıb.

AzVision.az


Teqlər: Rusiya   Qəza  



Xəbər lenti