ABŞ strateji regiona 300 milyon dollar ayırdı

ABŞ strateji regiona 300 milyon dollar ayırdı
  04 Avqust 2018    Oxunub:3818
ABŞ Hind -Sakit okeanı regionunda təhlükəsizliyin gücləndirilməsi üçün 300 milyon dollar ayıracaq.
AzVision.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo Cənub-Şərqi Asiya Ölkələri Assossiasiyasının (ASEAN) xarici işlər nazirləri səviyyəsindəki Sinqapur konfransı çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, bu cür maliyyə yardımı transmilli təhdidlərə qarşı müqavimət və dənizdə təhlükəsizlik də daxil olmaqla, ümumi prioritetlərə nail olunmasına kömək edəcək.

Qeyd edək ki, Hind -Sakit okeanı geosiyasi regionu Vaşinqton üçün strateji əhəmiyyətə malikdir. ABŞ prezidenti Donald Tramp Hind və sakit okeanları hövzəsinə daxil olan ölkələr üçün yeni regional konsepsiya ilə çıxış edib. Onun təklif etdiyi konsepsiyada başlıca vəifələrdən biri Çinin regionda təsirinin məhdudlaşdırılmasıdır. Bu konsepsiyanı Yaponiya, Hindistan və Avstraliya da dəstəkləyirlər.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Hind-Sakitokeanıregionu   Çin  





Xəbər lenti