ABŞ regionu hərbiləşdirir və ölkələrə təzyiq edir – Pekin

ABŞ regionu hərbiləşdirir və ölkələrə təzyiq edir – Pekin
  04 Avqust 2018    Oxunub:2609
Çin ABŞ-ı Asiya ölkələrinə təzyiq etməkdə və Cənubi Çin dənizi regionunu hərbiləşdirməkdə ittiham edib. AzVision.az bildirir ki, Cənub-Şərqi Asiya Ölkələri Assossiasiyasının (ASEAN) xarici işlər nazirləri səviyyəsindəki Sinqapur konfransı çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən Çin xarici işlər naziri Van Yi belə bəyanat verib.
Onun sözlərinə görə, Cənub-Şərqi Asiya regionuna aidiyyatı olmayan bəzi ölkələr, o cümlədən ABŞ buranı hərbiləşdirir və Cənubi Çin dənizi akvatoriyası da daxil olmaqla, regiona strateji silahlar göndərir. Yiyə görə, bölgədəki qeyri-sabitlikdə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür.

“Tamamilə aydındır ki, aviadaşıyıcı gəmilər qrupu göndərməklə regiondakı qeyri-sabitliyə görə kim daha çox məsuliyyət daşıyır. Bununla da, onlar region ölkələrinə, o cümlədən Çinə təzyiq göstərirlər. Regionun hərbiləşdirilməsinə görə məsuliyyət onların üzərinə düşür.”

Onu da vurğulayıb ki, Çin öz maraqları və ərazilərinin müdafiəsi hüququnu əlində saxlayır. Van Yi həmçinin ümid edib ki, regionu qarışdıran qeyri-region ölkələri öz yanaşmalarını dəyişəcək və Cənub-Şərqi Asiya ölkələrinə hörmət nümayiş etdirəcəklər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Çin   Cənub-ŞərqiAsiyaÖlkələri  



Xəbər lenti