Yuri Xaçaturov KTMT-dəki işinə geri dönür

Yuri Xaçaturov KTMT-dəki işinə geri dönür
  04 Avqust 2018    Oxunub:6397
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov yaxın günlərdə - çox güman ki, avqustun 6-da təşkilatdakı vəzifə səlahiyyətlərinin icrasını bərpa edəcək və işinə geri dönəcək.
AzVision.az bildirir ki, bu barədə Xaçaturovun vəkili Miqran Poqosyan məlumat verib.

“Dünən axşam mən Y.Xaçaturovla görüşdüm. O, yaxın günlərdə Moskvaya gedəcək. Böyük ehtimalla, bazar ertəsindən başlayaraq Xaçaturov vəzifələrinin icrasına başlayacaq.” – deyə Poqosyan bildirib.

Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu evirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib və müvafiq çağırış olduqda istintaq orqanına gəlmək şərtilə onun Ermənistan ərazisini maneəsiz tərk etməsinə icazə verilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti