Avtobusla neftdaşıyan maşın toqquşdu: 14 ölü

Avtobusla neftdaşıyan maşın toqquşdu: 14 ölü
  05 Avqust 2018    Oxunub:4110
Pakistanın şimalındakı Kohat əyalətində avtobusla neftdaşıyan maşın toqquşub.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, baş verən yol qəzası nəticəsində azı 14 nəfər ölüb, 34 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti