Orxan Camalın cənazəsi Moskvaya gətirilib
Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.
"Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək", - deyə Şevçenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.
Şevçenko bildirib ki, Orxan Camal, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq. Jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq. (Report)
AzVision.az
Teqlər: Orxan-Camal