İndoneziyada ölənlərin sayı 91 nəfərə çatıb (Yenilənib)

İndoneziyada ölənlərin sayı 91 nəfərə çatıb (Yenilənib)
  06 Avqust 2018    Oxunub:5272
İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələdə ölənlərin sayı durmadan artmaqdadır.
AzVision.az xəbər verir ki, zəlzələ nəticəsində həlak olanların sayı 91 nəfərə çatıb, 200 nəfər xəsarət alıb.

***
İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan xəsarət alıb.

***
İndoneziyanın Lombok adasında 6,8 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində 16 nəfər həyatını itirib, daha 100 nəfərin xəsarət aldığı bildirilir. Sunami təhlükəsi elan olunub.

***
İndoneziyanın Lombok adasında 6,6 bal gücündə zəlzələ baş verib.

AzVision.az-ın məlumatına görə, yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.

Dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat yoxdur.

AzVision.az


Teqlər: İndoneziya   Zəlzələ  





Xəbər lenti