Pakistanda 20 nəfər yol qəzasında ölüb

Pakistanda 20 nəfər yol qəzasında ölüb
  06 Avqust 2018    Oxunub:3836
Pakistanın Kohat əyalətində ağır yol qəzası baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun neft daşıyan maşınla toqquşması nəticəsində 20 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

AzVision.az


Teqlər: Pakistan   Qəza  



Xəbər lenti