Ukrayna 30 döyüş təyyarəsi alacaq

Ukrayna 30 döyüş təyyarəsi alacaq
  06 Avqust 2018    Oxunub:2807
Ukrayna Hava Qüvvələri 2018-ci ildə təxminən 30 ədəd modernləşdirilmiş MiQ-29, Su-27 döyüş təyyarələri və Su-25 hücum təyyarələri alacaq.
AzVision.az xəbər verir ki, bu fikri yerli mətbuata müsahibəsində Ukrayna Silahlı Qüvvələrin Hava Qüvvələri komandanı, general-polkovnik Sergey Drozdov söyləyib.

Onun sözlərinə görə, Ukraynanın müdafiə sənayesi müəssisələrində görülən işlər sayəsində yaxın gələcəkdə güclü radioelektronika və yanğın təsiri şəraitində yüksəkliklərin və sürətlərin bütün səviyyələrində hava hücumuna qarşı effektiv mübarizə aparmağa qadir olan silahlar alınacaq.

AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti