Ər-Riyadla Ottava diplomatik münaqişəyə girdi

Ər-Riyadla Ottava diplomatik münaqişəyə girdi
  06 Avqust 2018    Oxunub:3081
Ər-Riyad Ottavadakı səfirini məsləhətləşmələrin aparılması üçün geri çağırıb və o cümlədən, Kanadanın da Səudiyyə Ərəbistanındakı səfirini persona non-qrata (arzuolunmaz şəxs) elan edərək, onun ölkəni tərk etməsinə 24 saat vaxt verib.
AzVision.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyan edib.

Həmçinin, Ər-Riyad Kanada ilə bütün yeni ticarət və investisiya əməliyyatlarının dondurulduğunu bildirib. Qeyd olunur ki, Səudiyyə Ərəbistanı məsələ ilə bağlı gələcək addımların atılması hüququnu özündə saxlayır.

Xatırladaq ki, iki ölkə arasındakı münasibətlər avqustun 2-də Kanada XİN-in rəhbəri Xrist Frilandın Səudiyyə Ərəbistanında hüqqu müdafiəçisi Samar Bədəvinin həbsindən narahat olduğunu bildirməsi, Bədəvi və onun bacısı – bloqqer Raifə Bədəvinin dərhal azad olunmasına çağırış etməsindən sonra gərginləşib.

Ər-Riyad hesab edir ki, Kanadanın bu mövqeyi Səudiyyə Ərəbistanının daxili işlərinə müdaxilədir.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   Kanada  



Xəbər lenti