Qarabağda daha bir erməni hərbçisi öldü

Qarabağda daha bir erməni hərbçisi öldü
  06 Avqust 2018    Oxunub:6820
Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşən Ermənistan ordusunun “N” saylı hərbi hissəsində daha bir erməni əsgəri qeyri-döyüş şəraitində ölüb.
AzVision.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölən hərbçi müqavilə əsasında xidmət keçən 36 yaşlı Armen Ovakimyandır.

Onun 5 avqust saat 17:30-da bədbəxt hadisə nəticəsində öldüyü bildirilir. İlkin ehtimallara görə, erməni hərbçi göldə batıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır və istintaq aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti