Moskvadan Gürcüstana NATO xəbərdarlığı

Moskvadan Gürcüstana NATO xəbərdarlığı
  06 Avqust 2018    Oxunub:3590
Gürcüstanın NATO-ya daxil olması faciəvi nəticələrə gətirib çıxara bilər.
AzVision.az bildirir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev xəbərdarlıq edib.

“Bu (Gürcüstanın NATO-ya üzvlüyü - red.), dəhşətli münaqişəni alovlandıra bilər. Aydın deyil ki, bu, nəyə lazımdır.” – deyə, Medvedev vurğulayıb. O, həmçinin əlavə edib ki, Gürcüstandakı 2008-ci il silahlı müharibəsi baş verməyə bilərdi: “Heç bir qaçılmazlıq yox idi.”

Xatırladaq ki, iyulda NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin Gürcüstanı NATO-ya qəbul etməyə hazır olduqlarını bəyan edib. Lakin Cənubi Qafqaz ölkəsinin nə zaman NATO-nun tamhüquqlu üzvünə çevriləcəyini isə bildirməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Gürcüstan   NATO  





Xəbər lenti