Status-kvonun qəbuledilməzliyi dəfələrlə bildirilib – Məmmədyarov

Status-kvonun qəbuledilməzliyi dəfələrlə bildirilib – Məmmədyarov
  06 Avqust 2018    Oxunub:980
Dünya ictimaiyyəti beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə verdiyi müsahibədə belə deyib.


Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi artıq uzun illərdir ki, davam edir: “Minsk qrupunun mandatına dair sənəddə qeyd olunduğu kimi, Minsk qrupu öz fəaliyyətində beynəlxalq hüququn müvafiq norma və prinsiplərini, BMT TəhlükəsizlikŞurasının qətanamələrini və Helsinki yekun aktının müddəalarını əsas tutur. Münaqişənin nizamlanması da məhz həmin başlıca müddəalara əsaslanmalıdır.”

Nazir bir daha xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi dörd qətnamə mövcuddur və həmin qətnamələr işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxtı keçmir və icrası mütləqdir. Məmmədyarov həmçinin, münaqişənin həlli istiqamətində substansiv danışıqların intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

“Minsk qrupu trəfindən təklif olunan mərhələli nizamlanma modeli çoxdan hamıya bəllidir. Rusiya, ABŞ və Fransa dövlət başçılarının birgə bəyanatlarında işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi barədə mövqe dəfələrlə ortaya qoyulub. Təəssüf ki, biz hələ də işğala son qoya bilməmişik. Nizamlanma prosesinin təşviqi üçün mövcud format və gündəmdə duran məsələlər çərçivəsində substantiv danışıqların intensivləşdirilməsini təmin etməyimiz vacibdir.” – deyə, Məmmədyarov bildirib.

Nazir onu da əlavə edib ki, Azərbaycan nəticəyə hədəflənib və rəsmi Bakı münaqişənin nizamlanması istiqamətində substantiv danışıqların davam etdirilməsinə hazırdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti